AQC sədri Türkiyə təmsilçisi təyin etdibackend

AQC sədri Türkiyə təmsilçisi təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc iqtisadçı Mikayıl Mirzəzadəni AQC sədrinin Türkiyə təmsilçisi təyin edib.

AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərviz Qulaminin verdiyi məlumata görə, yeni təmsilçi AQC sədri ilə Türkiyə qiymətləndiriciləri arasında Azərbaycan əlaqələri tənzimləyəcək.

Qeyd edək ki, M.Mirzəzadə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Hazırda Türkiyədə magistr təhsili alan M.Mirzəzadə bir sıra mətbuat orqanlarında, qiymətləndirmə, xaricdə təhsil, turizm şirkətlərində çalışıb. Hazırda Hökm.az və apress.az informasiya portallarının baş redaktoru, Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən “Ege Group” şirkətlər qrupunun direktorudur.

Qiymətləndirmə, xaricdə təhsil və turizm eksperti olaraq fəaliyyətini davam etdirir.