AQC qaliblərə sertifikatlar təqdim edib – FOTOLARbackend

AQC qaliblərə sertifikatlar təqdim edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) “Daşınmaz əmlakın (fərdi yaşayış evi, mənzil, torpaq və qeyri – yaşayış sahələri) qiymətləndirilməsi üzrə kursa yekun vurub.

AQC-nin Mətbuat Xidmətindən verilən məlumata görə,  imtahanda müvəffəqiyyətli nəticə əldə edən iştirakçılara AQC rəhbərliyi tərəfindən sertifikatlar təqdim edilib. Tədbirdə AQC sədri, Nüsrət İbrahimov, AQC sədr müavini, AQC Ekspertiza Mərkəzinin  rəhbəri Vüqar Oruc, AQC İdarə Heyətinin üzvü, UNEC “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının baş müəllimi İbrahim Quliyev iştirak edib.Tədbiri giriş sözü ilə açan Nüsrət İbrahimov və Vüqar Oruc sertifikata layiq görülən tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra sertifikatlar qaliblərə təqdim edilib.

“VECON CONSULTING” şirkətindən Tural Bağırov, İsmayıl Orucov, Aygün Hüseynova, “VECON” MMC-dən Tərlan Camalzadə, “YENİ DÖVR” MMC-dən Çinar Kərəmov, Turqut İsmayılov, İnvest-M MMC-dən Fərzəli Fərzəliyev, müstəqil qiymətləndirici Əlizadə Məhbubə, Müstəqil Ekspertiza Mərkəzindən İranə İsmayılova, “Azsurvey” MMC – dən Tofiq İbrahimov, Məhkəmə Ekspertizası və Kriminalistik Tədqiqatlar Mərkəzindən Tofiq Osmanov, Babək Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Emin Allahverdiyev AQC rəhbərliyi tərəfindən “Daşınmaz əmlakın (fərdi yaşayış evi, mənzil, torpaq və qeyri – yaşayış sahələri) qiymətləndirilməsi üzrə sertifikatlar təqdim edilib. Sonda qalib kurs iştirakçıları ilə xatirə fotosu çəkilib.