Tribuna İnformasiya Agentliyi

AQC-də Rusiyadan və Hindistandan gəlmiş həmkarlarla birlikdə iclas keçirilib

15 May

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində Rusiya Federasiyası və Hindistandan gəlmiş həmkarlarla birlikdə İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Bu barədə TİA.AZ-a  məlumat verən AQC sədr müavini, Koneko Group Şirkətinin direktoru Vüqar Oruc bildirib ki, AQC-nin qonaqları öz ölkələrində qiymətləndirmə fəaliyyətinin hazırki durumu ilə bağlı məlumat verib, fikir və təcrübə mübadiləsi aparılıb. Qərara alınıb ki, ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı şəkildə təcrübə mübadiləsinin aparılması ilə əlaqədar müvafiq addımlar atılsın. Qonaqların çıxışlarından sonra AQC təşkilatdaxili işlər və ötən iclasın qərarlarının yerinə yetirilmə durumu ilə bağlı müzakirələr aparılıb.