Tribuna İnformasiya Agentliyi

AQC beynəlxalq təşkilata üzv qəbul edildi

11 Avqust

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyinin yenidən formalaşdırılmasından sonra təşkilatın fəaliyyətinin aktivləşib. Bu barədə TİA.AZ-a  danışan Cəmiyyətin İdarə Heyətinin üzvü Pərviz Qulaminin sözlərinə görə, “Fəaliyyət Planı” əsasında aparılan işlər çərçivəsində Cəmiyyətin Ekspertiza Mərkəzinin yaradılması, qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması üçün ardıcıl kurslarıntəşkili, Cəmiyyətin yeni saytının hazırlanması, qiymətləndirmə standartların tərcüməsi və digər işlərlə yanaşı beynəlxalq münasibətlərdə də müvafiq addımlar atılır.

Artıq AQC-nin Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının üzvülüyünə qəbul edildiyini bildirən P.Qulami qeyd etdi ki, hazır Cəmiyyətin qiymətləndiricilərin digər beynəlxalq təşkilatlarına- Avropa Qiymətləndiricilər Təşkilatı və Avropa Qiymətləndiricilər Birliyinə üzv olmaq üçün müraciət edəcək.