“Apteklər milləti qırır” – Xalq artistindən sensasion açıqlamabackend

“Apteklər milləti qırır” – Xalq artistindən sensasion açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apteklərdə dərmanların qiymətində artım müşahidə edilməsi son vaxtlar tez-tez müzakirə olunan məsələlər sırasındadır.

Alıcılar bir sıra dərmanların həm baha, həm də keyfiyyətsiz olmasından gileylənir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ölkəmizdə apteklərlə bağlı həyəcan təbili çalmağın vaxtının çatdığını deyib:

“İllərdir ki, “peşəkar xəstəyəm” və tez-tez müalicə olunuram, yolum apteklərə düşür. Neçə vaxtdır bar-bar bağırıram ki, biz balalarımızın ruzisindən kəsib müalicə olunmaq istəyirik, dərmanlar alırıq. Amma bizim kisə ilə apteklərə verdiyimiz pullar boşa gedir.

İllərdir deyirəm, dəfələrlə Prezidentə də müraciət etmişəm ki, bizim bu gün əsas problemlərimizdən biri məhz apteklərdir. Apteklər milləti qırır. Bunu edənlər kimdir? Mən cəsarətlə deyirəm ki, artıq burda məsələ pul qazanmaq deyil, bu ölkəyə, xalqa xəyanət etməkdir. Artıq planlı şəkildə Azərbaycan xalqına qarşı təxribatlar təşkil olunur. Ermənilər daha az soyqırımı edib, nəinki son 10-15 ildə bizim apteklər. Onsuz da millətə od qiymətinə dərman satırsınız, heç olmasa keyfiyyətli satın”.

Rejissor iddia edib ki, keyfiyyətsiz dərmanlar son illərdə kəskin artıb və həmin preparatların müalicəyə təsiri olmur:

“O dərmanların müalicəyə heç bir təsiri olmur, çünki içindəki komponentlər dəyişdirilir. Ona görə çox adam dərmanları xaricdən gətirdir. Bu işdən məsul şəxs kimdirsə, artıq bir əncam çəkməlidir. Axı bu insanları zəhərləmək deməkdir. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bu barədə danışıb. O, həm də peşəkar həkimdir. O izah etdi ki, son 10 ildə diabet və əsəb xəstəliyinə görə Azərbaycana gətirilən dərmanlardan milyardlarla pul qazanılıb, amma on minlərlə azərbaycanlı şikəst olub. Bu dərmanların heç bir müalicəvi əhəmiyyəti yoxdur, lakin partapart satılır. Buna bir əl qoyulmalıdır, ya yox?!

Erməni görünən düşməndir, bu bəllidir, bəs bu milləti qıranlar kimlərdir? Bizə genetik olaraq soyqırımı edirlər, dərmanlarımızın tərkibini dəyişdirirlər”.