Aprelin 5-dən uşaq bağçaları da bağlanır? – AÇIQLAMAbackend

Aprelin 5-dən uşaq bağçaları da bağlanır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb.

Bu qərardan sonra hər kəsi düşündürən sual uşaq bağçalarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlıdır.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, yeni qərar yalnız məktəblərə aiddir: “Bu qərar uşaq bağçalarına şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir”.