backend

Aprel şəhidlərinin ailələri Avropa Məhkəməsinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı il aprel ayında cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan azərbaycanlı əsgərlərin ailələri Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. 2016-cı il aprel ayında cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan azərbaycanlı əsgərlərin ailələri Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

TİA.AZ xəbər verir ki, bu barədə tanınmış vəkil Fariz Namazlı sosial şəbəkədə yazıb.

Vəkil qeyd edib ki, 5 ərizəçi müraciət edərək Ermənistana qarşı şikayətdə Konvensiyanın 3, 8, 13 və 14-cü maddələrinin pozuntusunun tanınmasını xahiş ediblər: “Onlar qohumları olan əsgərlərin döyüşlər zamanı erməni silahlı qüvvələri tərəfindən öldürülməsi, meyitlərin gec qaytarılması, şəhidlərin bədən üzvlərinin bir hissəsinin olmamasından şikayət ediblər”.

Vəkil erməni əsgərlərin yaxınlarının da eyni qaydada Avropa İnsan Haqları Məhkəməsinə şikayət məktubu ünvanladığını bildirib.