Tribuna İnformasiya Agentliyi

Aprel savaşından sonra Qarabağın həlli… – İsrail səfiri

06 Aprel

Ötən ilin aprelində Dağlıq Qarabağ zonasında baş verən hadisələrdən sonra münaqişənin həll olacağı ilə bağlı ümid var idi. 

Ötən ilin aprelində Dağlıq Qarabağ zonasında baş verən hadisələrdən sonra münaqişənin həll olacağı ilə bağlı ümid var idi.

APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Diplomat Azərbaycan və Ermənistan prezidentlərin ötən ilin may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqada görüşdüklərini xatırladıb.

“Təəssüf ki, münaqişənin həllinə dair ümidlər özünü doğrultmadı. Biz hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. İsrail ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Çünki münaqişə tərəfləri də bu formatı dəstəkləyir”, – deyə o bildirib.

Diplomat İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb.