backend

Aprel müharibəsi film oldu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Addım GİM İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Aprel döyüşlərindən bəhs edən animasiya hazırlayıb. 

Addım GİM İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Aprel döyüşlərindən bəhs edən animasiya hazırlayıb.

TİA.AZ xəbər verir ki, “Seçim hüququ” adlı animasiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edir. Sözügedən animasiya “Müasir təbliğat (3D qrafikası vasitəsilə Azərbaycan ictimaiyyətinin vətənpərvərlik ruhunun yüksəldilməsi)” layihəsi çərçivəsində ərsəyə gətirilib.

Qeyd edək ki, animasiyada aprel ayında baş vermiş döyüş əməliyyatları və bu əməliyyatlar zamanı yaşananlar əks olunub. Həmçinin, erməni hərbi qüvvələrinin aprel ayında törətdikləri təxribatlar nəticəsində dinc əhalinin gülləbarana məruz qalması, bütün bunlara Azərbaycan tərəfinin cavabı 3 D qrafikasının vasitəsi ilə tamaşaçıya çatdırılıb.