Tribuna İnformasiya Agentliyi

APOEL 26 futbolçu ilə gəldi – siyahı

12 Avqust

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL klubu artıq Bakıdadır.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gecə saatlarında paytaxtımıza çatan Nikosiya təmsilçisi səfərə 26 futbolçu ilə çıxıb.

Yeni baş məşqçi Tomas Doll aşağıdakı heyətə güvənəcək:

Qapıçılar: 12. Dimitris Priniotaki, 27. Vid Belets (Sloveniya), 99. Boy Vaterman (Hollandiya)

Müdafiəçilər: 13.Kevin Lyafrans (Fransa), 23. Joaozinyo (Portuqaliya), 29. Praksitelis Vuros (Yunanıstan), 30. Giorqos Merkis, 34. Lukas Kalogiru, 44. Nkolas Yannu, 91. Draqan Mixayloviç (İsveçrə), 55.Xristos Şelis

Yarımmüdafiəçilər: 6. Savvas Gentoqlu (Yunanıstan), 7. Girorgos Efrem, 8. Lukas Souza (Portuqaliya), 10. Tomas De Vinsenti (İtaliya), 14. Uroş Matiç (Serbiya), 19.Omar Hani, 33. Antres Makris, 46. Statis Aloneftis, 22.Minas Antoniu, 70. Antonio Yakoliş (Xorvatiya), 71.Andre Vidiqal

Hücumçular: 9.Linus Hallenius (İsveç), 11. Musa Tamari (İordaniya), 20. Andriya Pavloviç (Serbiya), 89. Roman Bezyak (Sloveniya)

Xatırladaq ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilək “Qarabağ” – APOEL matçı saat 20:30-da başlayacaq. Kiprdəki ilk görüşdə Ağdam klubu 2:1 hesablı qələbə qazanıb.