“Apellyasiya məhkəməsi işə obyektiv baxacaq” – Deputatlardan Tofiq Yaqublunun həbsinə reaksiyabackend

“Apellyasiya məhkəməsi işə obyektiv baxacaq” – Deputatlardan Tofiq Yaqublunun həbsinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ofiq Yaqublu ilə görüşdüm. Çox gec gəldi. Halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi, gözləri çuxura enmişdi sanki. Deyir ki, 91 kilodan 82 kiloya düşüb. Aclığının 6-cı günüdür…” Bu sözləri Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun vəkili Aqil Layıc “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb. Elə həmin prosesdə T. Yaqublu aclıq aksiyasına başladığını bəyan edib.

Cəmiyyətin müxtəlif təqbəqlərindən – bəzi hakimiyyət nümayəndələri, deputatlar da daxil olmaqla – T. Yaqublu barədə məhkəmə hökmünün dəyişdirilməsini, onun azadlığa buraxılmasına çağırışlar edilib.

Deputat Sabir Rüstəmxanlı “Turan” agentliyinə deyib ki, T.Yaqublu Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan şəxslərdəndir: “Hər halda T. Yaqublu Qarabağ qazisidir. Bəlli bir tərcümeyi-halı, keçdiyi yol var. Ona görə, məişətdə hər hansı qəza hadisəsi ilə bağlı belə adamların həbsini qətiyyətlə pisləyirəm və bunu qəbul etmirəm. Nə baş verib, axı? Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Cərimə ilə keçinmək olardı. Maddi tərəfdən qarşılığı ödənilə bilərdi. Bununla məsələ bağlanardı. Belə adamları hər xırda hadisəyə görə həbsxanalara doldurmaq metod və üsulu, ümumiyyətlə, qəbul etmirəm”.

Deputat həbsə etiraz olaraq T.Yaqublunun aclıq aksiyası keçirməsini haqlı saysa da, səhhətinə ziyan vura biləcəyindən onun dayandırılmasını istəyir. S. Rüstəmxanlı deyib, çox istərdi ki, hakimiyyət orqanları T. Yaqublunun həbsi ilə bağlı məhkəmənin qəbul etdiyi qərara yenidən baxsın: “Belə məsələdə cəmiyyətin rəyi də, ictimaiyyətin fikri də nəzərə alınmalıdır”.

Milli Məclisin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev isə gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycan hüquqi dövlət olduğundan insan hüquqları ilə bağlı məsələlərin ölkə daxilində, hüquqi müstəvidə həllini istəyir: Bu baxımdan hesab edirəm ki, Tofiq Yaqublu barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayət apellyasiya instansiyasında obyektiv baxılacaq. Mən buna ümid edirəm. Bu iş tam obyektv araşdırılmalıdır. Ona görə bunu istəmirik ki, Azərbaycana hansısa beynəlxalq təşkilatdan təzyiq edilir və yaxud da çağırışlar var. Dediyim kimi Azərbaycan dövləti özü vətəndaşın hüquqlarının təminatında maraqlıdır. Ölkəmizdə məhkəmələr mövcuddur. Birinci instansiyadan narazı qalan vətəndaş daha yuxarı məhkəmə orqanlarına şikayətini verə bilər”.