Antalya-Bakı reysləri üzrə uçuşlar başlayırbackend

Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi – “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.

Bu barədə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək – çərşənbə axşamı və bazar günləri.

Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.