Ansi Aqolli: “Qarabağ” Azərbaycanındır və həmişə belə olacaq!”backend

Ansi Aqolli: “Qarabağ” Azərbaycanındır və həmişə belə olacaq!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çox insan həyatını vətən üçün qurban verir. Bu səbəbdən, onlar yaddaşlarda əbədi qalırlar”.

Bu fikirləri  açıqlamasında “Qarabağ” klubunun sabiq futbolçusu Ansi Aqolli son günlər Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələr barədə danışarkən deyib.

38 yaşlı albaniyalı müdafiəçi həyatları itirən əsgərlərin ailələrinə başsağlığı verib. Təcrübəli futbolçu Qarabağ haqqında da danışıb: “Qarabağ” Azərbaycan torpağıdır. Nə olursa-olsun, həmişə belə olacaq. Mən Azərbaycan xalqına, xüsusən, ağdamlılara əmin-amanlıq və sülh arzulayıram. Bir gün onlar evlərinə qayıdacaqlar və o gün tezliklə gələcək”.

Qeyd edək ki, Ansi Aqolli Albaniya millisində oynadığı vaxt 2015-ci ildə AVRO-2016-nın seçmə mərhələsində Yerevanda Ermənistana 3:0 hesabı ilə qalib gəldikləri matçdan öncə bütün Azərbaycan xalqına salam göndərib.

2012 – 2019-cu illərdə “Qarabağ”da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.