ANNA-nın əsl siması-TERRORÇUbackend

ANNA-nın əsl siması-TERRORÇU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin qarşısını almaq lazımdır: Anna Akopyan Azərbaycan qadınlarına çağırış etdi”
Bu çağırışı Ermənistan mətbuatı manşet edərək dünyaya sülh tərəfdarı olduqlarını, Dağlıq Qarabağ ərazisini və Azərbaycanın 7 rayonun işğal edilməsini, Tovuz rayonunda təxribatlarını bir daha hiyləgər düşüncələri ilə gizlətmək məqsədi daşıdığını bizə aydın idi. Dünya ictimayyəti qarşısında aciz görüntü yaradan Ermənistanın indiki təxribatçı rəhbərliyi öz çirkin niyyətlərindən əl çəkmirlər.

Bu gün beynəlxalq arenada Ermənistan yalanlarına heç bir tərəfdaşı razılaşmır. COVİD-19 virusunun tuğyan etdiyi dövrdə, insanlar sağlamlıqlarını ,ölkələr az itki ilə bu bəladan qurtulmağın yolunu axtarılan zamanda Ermənistan öz çirkin niyyətlərindən əl çəkmir və işğalçılıq siyasətlərini davam etdirilər. İyul ayında Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi təxribatlar, Dağlıq Qarabağ ərazisinə xarici vətəndaşların məskunlaşdırılması, ordu sıralarına Suriya ermənilərini və Livandan insanların cəlb olunması bir daha işağlçılıq, dövlət tərəfindən terror qruplaşması yaradılmasını göstəricisidir.

Ermənistan mətbuatı Paşinyanın arvadı Anna Akopyanın beynəlxalq qanunlarla, və dünya ictimayyəti tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilən Qarabağda terror qruplaşması ilə hərbi təlimlərə qatılıb. Silahı Azərbaycana tərəf çevirib və atəş açıb. Bu xəbər 1 ay öncə sülh çağırışı ilə azərbaycan qadınlarına müraciət edən Akopyanın həyat yoldaşı kimi ağır psixi problemləri olduğunu dəlalət edir. Sülh çağırışı edən, müharibənin əleyhinə olan, insanların qanın axıdılmasına qarşı yalan bəyanatlar verən Akopyan ikiüzlü Paşinyanın təxribatçı siyasətinin dəstəkçisi kimi qəbul edilir.

Riyakar davranışları ilə beynəlxalq ictimayyəti aldadan, vətəndaşlarını avropa intiqarasiya prosesini həyata keçirməklə yalan vədlər verən,xalqını zəlil günə qoyan Paşınyan növbəti dəfə rəzil vəziyyətə düşdüyünü fərq edib. Artıq terror qruplaşmaları ilə iş birliyində arvadı Annanı istifadə edərək əlavə zaman qazanmaq və bir sıra şəxsi ambisiyalarına görə çirkin əməllərini davam etdirir. Anna Akopyan Qarabağ ərazisində terrror qruplaşmasının hərbi təlimlərinə “Mənim addımım” fondunun direktoru kimi qatılıb. Bu təşkilat sülh naminə yaradılsada insanların məhv edilməsinə terrroçuluğun təbliğinə xidmət etdiyi aydın görünür. Bu da bir daha onu deməyə əsas verir ki, tək Paşinyan yox elə arvadı Anna Akopyanda işğalçılıq prinsipləri ilə fəaliyyət göstərirlər. Beynəlxal ictimayyət, ATƏT-in Minsk qrupu isə susur və Azərbaycan qarşı ikili standart siyasətini təcrübədən keçirirlər. Xatırlatmaq istərdim ki, bu gün Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə istənilən düşmən hədəfini məhv etməyə qadirdir. Nəinki Anna, Nikolun özü belə silah əlinə alsa ordumuz tərəfindən məhv ediləcəklər.

Zaur Mirzə-zadə

XALQ.AZ