Ankara və İstanbul rəmzlərində Azərbaycan bayrağı işıqlandırılır – FOTObackend

Ankara və İstanbul rəmzlərində Azərbaycan bayrağı işıqlandırılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28 May – Respublika Günü münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərinin rəmzlərindən olan Ataqüllə və İstanbulun iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

TİA.AZ-ın  xəbərinə görə, tədbir Azərbaycanın Türkiyədəki Səfriliyinin və ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.

Bununla da Ankaranın Çankaya səmtində yerləşən 125 metr hündürlüyündə bir rabitə və müşahidə qülləsi olan Ataqüllə, dünyanın ən böyük meqapolislərindən olan İstanbulun “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri əks etdirilir.