Tribuna İnformasiya Agentliyi

Ankara və Moskva vizaları qismən ləğv edəcəklər

16 Avqust

Ankara və Moskva türkiyəli iş adamları və dövlət məmurları üçün vizaların ləğvinə dair razılığa gəliblər.

Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, belə bəyanatla Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib.

“Biz Türkiyə iş adamları, xüsusən ağır yük daşıyan avtomobillərin sürücüləri, həmçinin rəsmi və xidməti pasportları olan şəxslər üçün vizaların ləğvinə dair razılığa gəldik.

Qurban bayramından sonra birgə işçi qrupunun iclası keçiriləcək və biz bu məsələni müzakirə edəcəyik”, – nazir deyib.

Çavuşoğlu Ankaranın iki ölkə arasında viza rejiminin tamamilə ləğv edilməsində maraqlı olduğunu vurğulayıb.