Tribuna İnformasiya Agentliyi

“Android” smartfonları üçün təhlükə: şəkillər oğurlana bilər

30 İyun

Beynəlxalq tədqiqat qrupu 2012-ci ildən sonra buraxılan “Android” əməliyyat sistemli bütün smartfonlarda haker hücumuna həssas olan boşluq aşkarlayıb.

Oxu.Az xəbər verir ki, mütəxəssislər onu “RAMpage” adlandırıb.

Bu boşluqdan istifadə edən virtual cinayətkarlar istifadəçinin smartfonunun yaddaşında olan məlumatlara giriş əldə edir. Hakerlər istifadəçinin bütün şifrələrini öyrənə, şəxsi fotoşəkilləri, elektron yazışmaları və sənədləri endirə bilir.

Ekspertlər güman edir ki, “RAMpage” yaxın zamanda “iOS” əməliyyat sistemi ilə çalışan qadjetlərə də yayılacaq.