Andriy Şevçenko italyanlara müharibə haqqında danışanda ağladı (VİDEO)backend

Andriy Şevçenko italyanlara müharibə haqqında danışanda ağladı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Futbol üzrə Ukrayna milli komandasının sabiq baş məşqçisi Andriy Şevçenko İtaliya televiziyasına çıxıb, hazırda Ukraynada baş verən dəhşətlərdən danışıb. İdmançı göz yaşlarını saxlaya bilməyib.
Qaynarinfo xəbər verir ki, bu haqda “The Sun”un məlumatında deyilir.
“Anam, bacım və digər qohumlarım hələ də Ukraynadadırlar, mən hər gün onlarla danışıram. Onlar özləri orada qalmağı seçdilər”, – italyanca danışan Andriy deyib.
“Mən indi ölkəmdə baş verənlərə göz yaşları axıtmadan baxa bilmirəm. Onlar mənə Ukraynada nələrin baş verdiyini, şəhərlərin necə bombalandığını, uşaqların və qocaların necə öldürüldüyünü deyirlər”, – o əlavə edib.
Şevçenkonun sözlərinə görə, Rusiyanı “atəşkəsə razı salmalı, diplomatik həll yolu tapmalı və müharibə dayandırılmalıdır”.
Futbolçu İtaliyanı ikinci vətəni adlandırıb ki, bu ölkə bir vaxtlar ona öz ağuşunu açıb. İndi Andriy həmyerliləri üçün də bunu etməyi onlardan xahiş edir.
“İndi sizdən xahiş edirəm: ürəyinizi xalqıma açın, köməyinizə ehtiyacımız var… onlara da mənə yaşatmış olduğunuz hisslər yaşadın. Onsuz da hamınızın ürəyiniz istiliklə duludur, bilirəm, amma daha çox olmasını istəyirəm”, – idmançı qeyd edib.
“Ukrayna Avropanın bir hissəsi olmaq istəyir, bu, xalq olaraq bizim qərarımız idi. Zelenski bizi müstəqilliyimizə və azadlığımıza aparan əla prezidentdir”, – Şevçenko əlavə edib.