Tribuna İnformasiya Agentliyi

Andrey Piontkovski: “Trampın Putinə son xidməti: 1 trilyonun həbsi olacaq”

07 Aprel

ABŞ-ın Rusiya biznesmenlərinə və yüksək vəzifəli siyasətçilərinə qarşı tətbiq etdiyi sanksiyalar doğru istiqamətdə atılan addımdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib. Onun sözlərinə görə, bu sanksiyalar hələlik Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına ciddi təhdid yaratmır:

“Yeni sanksiyaları kiçik addım adlandırmaq olar. Ciddi addım 29 yanvarda hazırlanmışdı, amma Rusiya xüsusi xidmət orqanlarının üç rəhbərinin Vaşinqtona məxfi səfərindən sonra Rusiya elitasının çirkli pulların yuyulması ilə bağlı yüzlərlə səhifəlik maliyyə məlumatı Kreml hesabatının məxfi hissəsinə keçirildi. Bu, Trampın Putinə etdiyi sonuncu xidmət idi. Amerikada Rusiyanın özəl aktivlərinin miqdarı 1 trilyon dollardır. Onları dondurmağa başlayanda hər şey ciddi olacaq. Yeni sanksiyalar hələlik məşqdir. Bəli, bu, doğru istiqamətdə atılan addımdır, amma mənə elə gəlir ki, Tramp hələ də Putinin ətrafına vurulacaq zərbələri yumşaltmağı bacarır”.