Andres İnyesta Yaponiya çempionatında ilk qolunu vurub – VİDEObackend

Andres İnyesta Yaponiya çempionatında ilk qolunu vurub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 İspaniya yığmasının sabiq futbolçusu Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubunda ilk qolunu vurub.

“Report” xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Yaponiya Liqasının 21-ci turunda “Cubilo İvata” ilə matçın 16-cı dəqiqəsində fərqlənib. Təcrübəli oyunçu alman futbolçu Lukas Podolskinin ötürməsindən sonra müdafiəçi və qapıçını keçərək topu boş qapıdan keçirib.

Qeyd edək ki, qarşılaşma “Vissel Kobe”nin 2:1 hesablı qəbələsi ilə başa çatıb.