Tribuna İnformasiya Agentliyi

Ancelina Colidən qalmaqallı açıqlama — Aliment pulu ödəmir

13 Avqust

Ancelina Coli aliment ödəmədiyi üçün Bred Piti məhkəməyə verib.
“Ölkə.Az” xəbər verir ki, Colinin bu hərəkətinə Bredin cavabı gecikməyib.
O, Coliyə indiyə qədər 9 milyon dollar aliment ödədiyini bildirib. Bununla da yetinməyən aktyor onların hara xərclədiyinin belə açıqlamasını verib. O, deyib ki, aliment pulunun 8 milyon dollarını Ancelinaya indi yaşadığı evini alanda xərcləyib, digər yerdə qalan hissə isə ödəmələrə xərclənib.
Bu faktları məhkəməyə göstərərək məşhur aktyor özünü təmizə çıxarmağa çalışıb.