Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VARbackend

Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bərdədə anası tərəfindən əlləri yandırılan uşaq hazırda nənəsi ilə xəstəxanada müalicə alır”.
Bununla bağlı  açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, onun sağlamlığın bərpası və təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb:
“Uşağa psixoloji yardım da göstərilir. Uşağın atası ögeydir. Bərdə Rayon Prokurorluğunda valideynlərdən izahatlar alınıb”.
O əlavə edib ki, məsələ barədə dövlət qurumları koordinasiyalı şəkildə iş aparır:
“Yerli icra hakimiyyəti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tədbirlər icra edilir”.
Elgün Səfərov deyib ki, uşağın qəyyumluğu barədə qərar prokurorluğun verdiyi qərardan sonra bilinəcək:
“Cinayət işi ilə bağlı məsələ başa çatdıqdan sonra uşağın valideyn himayəsi ilə bağlı qərar veriləcək”.
Qeyd edək ki, Bərdədə 7 yaşlı uşaq anası və anasının qeyri-rəsmi yaşadığı şəxs tərəfindən zorakılığa məruz qalıb.