Anası öldürülən buçalı qız: “Bunların saxta olduğunu deyənlər, cavab verin, anam haradadır?”backend

Anası öldürülən buçalı qız: “Bunların saxta olduğunu deyənlər, cavab verin, anam haradadır?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Buçada rusiyalı hərbçilər küçədə sakinləri qətlə yetiriblər. Sakinlərin qollarında ağ sarğılar belə onların öldürülməsinə mane olmayıb”.
Bu barədə “UAraz” telemarafonunun efirində Buça sakini Tatyana Siçkar danışıb.
Anasını müharibə zamanı itirən ukraynlı qız daha sonra bunları deyib: “Odun sobası olduğu üçün hər gün nənəmin evinə yemək bişirməyə gedirdik. Bir gün komendant saatından əvvəl ağ sarğılarla küçə ilə gedirdik.
Bir anda güllə səsi eşidildi. Bu səsdən qulağım az qala kar oldu. Anamın arxasınca gedirdim. Anamın başının arxasından güllənin çıxdığını gördüm. Mən onun necə yıxılmağını gördüm. Daha sonra özüm də yıxıldım.
Mən anladım ki, bizi görüblər. Bizim bir ailə olduğumuzu anladılar. Amma nədənsə anama atəş açdılar”.
Tatyana Siçkar əlavə edib ki, anasının ruslar tərəfindən öldürülməsi onun üçün böyük sınaq olub:
“Müharibənin əvvəlindən Buçada idim. Uzun müddət işıqsız, qazsız, susuz yaşamaq bizim üçün çox çətin idi. Gecə-gündüz güllələnəndə çox qorxurduq. Mən raketlər havada uçduğu üçün yuxuya getməkdən qorxurdum.
Ruslar evləri qarət edəndə qorxunc idi. Amma biz buna öyrəşmişik. Hətta öyrəşməyə başladıq ki, hər gün qonşular hardasa tanışlarımızdan birinin öldürüldüyünü deyirlər. Buçada baş verənlərin hamısı səhnələşdirilibsə və saxtadırsa, gözümün içinə baxıb cavab verin ki, anam haradadır?”