Tribuna İnformasiya Agentliyi

“Anarın ölüm xəbərini uşaqlara necə deyəcəyimi bilmirəm”- Nağılbazın keçmiş arvadı

04 Avqust

Azərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib.

TİA.AZ  yenicag.az-a istinadən bildirir ki, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Nağılbazın dünyasını dəyişdiyini təsdiqləyib:

“Bəli, Anarın vəfat etdiyi doğrudur. Qara ciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm”.

Qeyd edək ki, Anarla Anjelika iki il əvvəl ayrılıb. Bu izdivacdan onların iki azyaşlı övladı dünyaya gəlib.