Tribuna İnformasiya Agentliyi

Anar Nəcəfli “Azərsu” ASC-ni qınadı – “Şəraiti onlar yaratmalıdır”

08 Noyabr

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azərsu” ASC-nin Bakı yollarını su basması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib.

“Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir”. – fikrinə münasibət bildirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Missiya.Az-a açıqlamasında deyib ki, təmsil etdiyi qurum harada imkan varsa, o ərazilərə yağış barmaqlıqları quraşdırıb: “İmkan olmayan ərazilərdə bu sistemin yaradılması qeyri-mümkündür. “Azərsu” ASC-nın yağış kollektorları və yağış kanalizasiyaları yaxınlıqdan keçirsə, biz yağış barmaqlıqlarını quraşdıra bilirik. Əgər yağış kanalizasiya sistemi yoxdursa, yağış barmaqlıqlarını yaradıb heç bir yerə qoşa bilmərik. O şəraiti isə “Azərsu” ASC yaratmalıdır”.
b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_1898162_548265061976485_7711288488481172621_n1537260318.jpg

Anar Nəcəfli bildirib ki, əgər yolun kanalizasiya xətti yoxdursa, biz vizual görüntü xatirinə yağış barmaqlıqlarını qoşa bilmərik: “İntensiv yağışlar zamanı yağış kollektorlarına çox su daxil olur. Kollektorların normadan artıq suyu qəbul etmək imkanı olmadığı üçün yağış suyu daşır və yenidən yola qayıdır.

Qeyd edək ki, gecə saatlarından etibarən yağan yağış paytaxtın bəzi yerlərində fəsadlara yol açıb. Belə ki, Əhməd Rəcəbli və Füzuli küçələrində su yığılmaları müşahidə olunub.

“Azərsu” ASC -nin mətbuat xidmətinin təhbəri Anar Cəbrayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü yağış əsasən şəhərin mərkəzində müşahiə olunub və gecə saatlarından etibarən “Azərsu”nun bütün briqadaları ərazilərə cəlb olunub: “Paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarına çox az yağıntı düşüb, şəhərin şimal hissələrinə, Binəqədiyə, Novxanı tərəfə demək olar ki, yağış yağmayıb. Güclü yağış əsasən mərkəz tərəflərdə müşahidə olunub. Gecə saat 5-dən bizim bütün briqadalarımız, su kanal idarələrinin rəisləri ərazilərdə olublar. Demək olar ki, hər şey qaydasındadır. Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir. Yağış baramaqlıqları varsa, infrastruktur qurulubsa, başqa məsələ. Məsələn, Əhməd Rəcəbli küçəsində Şəki restoranından Ziya Bünyadov prospektinə qədər olan hissədə yağış barmaqlıqları yoxdur. Həmçinin subasma olan ərazilərdən biri də Füzuli küçəsidir. Park salınanda yağış barmaqlıqları ləğv olunub. Əlavə barmaqlıqlar qoyulub, lakin kifayət qədər deyil. Həmin əraziyə əlavə yağış barmaqlıqlarının quraşdırılması ilə bağlı təklif vermişik”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_4035_651fc5e456fc1ba89ba3d06171a63bd7.jpg