ANAMA: Şuşaya atılmış raket “İskəndər-M” raketidirbackend

ANAMA: Şuşaya atılmış raket “İskəndər-M” raketidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TİA.AZ-ın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.
O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb:
“Bu zaman məlum olub ki, bu “İskəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket “İskəndər-M” raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir”.