ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü, ayağı amputasiya olundu-FOTObackend

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü, ayağı amputasiya olundu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.
Agentlikdən TİA.AZ-a verilən məlumata görə, hadisə yanvarın 29-u saat 11 radələrində baş verib.
E. Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağırdır.
Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.