ANAMA-dan ermənilərin ağacları minalamasına reaksiyabackend

ANAMA-dan ermənilərin ağacları minalamasına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində hiyləgər düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib.
ANAMA-dan  bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı çox saylı tələ – mina basdırmış və gizlətmişdir. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100, istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kiloqram olan minanın 2 kiloqramı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 santimetr ölçüsündə qəlpələr yayılır. Eyni zamanda, partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 mer məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6,5-9,5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, ötən gün Xocavənddə ermənilərin ağacları da minaladığı barədə məlumat yaymışdıq.