ANALİTİKDƏN ŞOK: ƏRDOĞAN RUS HƏRBÇİLƏRİ QARABAĞDAN DA ÇIXARACAQbackend

ANALİTİKDƏN ŞOK: ƏRDOĞAN RUS HƏRBÇİLƏRİ QARABAĞDAN DA ÇIXARACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin Ukraynada apardığı işğalçı müharibə Rusiyanın hərbi və müharibəyə xərclənən maliyyə resurslarını tükəndirir. Buna görə də Rusiyanın Ukrayna ilə yanaşı daha iki istiqamətdə – Suriya və Qarabağda hərbi varlığını davam etdirməsi çətinləşir. TİA. Az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə gör, Kreml seçim edərkən Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlib. Bu Türkiyənin Suriya ərazisində mövqelərini gücləndirmək üçün yeni imkanlar açır. Ekspert hesab edir ki, Kreml Türkiyənin Suriyada PKK və onun törəmələrinə qarşı mübarizəsini əngəl olmaq istəmir: “Əksinə, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyadakı kürdlərin ABŞ-la ittifaqından narahat olduqlarını və bu mənada Türkiyəni anladıqlarını bildirib. Lavrov bu açıqlamanı Kreml sahibi Vladimir Putinin təlimatıyla səsləndirib. Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var.

Qaldı Qarabağ. Elə etməliyik ki, Kreml hərbçilərini yaxın gələcəkdə ərazimizdən də çıxarmaq barədə qərar qəbul etsin. Bu məsələnin həllində də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rolu olacaq”.

TİA. Az