Tribuna İnformasiya Agentliyi

Ana və uşaq niyə öldü? – Nazirlikdən açıqlama

10 Aprel

Xəbər verdiyimiz kimi, dünən Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb.  

Xəbər verdiyimiz kimi, dünən Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb. 

Mərhumun yaxınları onların həkimlərin səhvi ucbatından öldüyünü iddia edib.

TİA.AZ xəbbər verir ki, “qafqazinfo” məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxlayıb. O, bildirib ki, qadın xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib:

“Məsələ ilə bağlı araşdırma aparılır. Xəstəxananın baş həkimi Mahir Babayev bildirib ki, Nuranə Orucova hamiləliyinin 27-ci həftəsində olub və yüksək hərarətlə xəstəxanaya gətirilib. 

Bundan başqa, qaraciyər və böyrək çatışmazlığı olan qadına lazımi tibbi yardım göstərilib. Ancaq vəziyyəti kritik olduğu üçün ana və uşağın həyatını qurtarmaq mümkün olmayıb”. 

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Nuranə Orucova aprelin 8-i xəstəxanaya yerləşdirilib.