Ana və 2 azyaşlı uşağın diri-diri yandığı evdən dəhşətli görüntülər – VİDEObackend

Ana və 2 azyaşlı uşağın diri-diri yandığı evdən dəhşətli görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda dəhşətli hadisə yaşanıb. Rayonun Zəngilan kəndində yerləşən evlərdən birində qaz sızması nəticəsində partlayış baş verib. Həmin vaxt evdə olan 27 yaşlı ana və iki azyaşlı övladı yanaraq dünyasını dəyişib.

“Elgizlə izlə” proqramının çəkiliş heyəti hadisə yerində olub. Onlar mərhunun yaxınlarından və qəza şahidlərindən hadisənin təfərrüatlarını öyrəniblər.

Verilən məlumatlara görə, qəza gecə saat 03-00 radələrində baş verib. Evdə sadəcə ana və azyaşlı iki oğlu olub. Həyat yoldaşı isə bir müddət əvvəl Rusiyaya işləməyə getdiyindən həmin vaxt evdə olmayıb.

Çəkiliş zamanı yanaraq külə dönən və bir ailənin faciəsinə səbəb olan evdən dəhşətli kadrlar lentə alınıb.