Ana dilində yaxşı təhsil olsa, heç kim uşağını rusca oxutmaz – Deputatbackend

Ana dilində yaxşı təhsil olsa, heç kim uşağını rusca oxutmaz – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əgər şagirdlərə ana dilində keyfiyyətli təhsil verilsə, heç kim uşağını rus və ya ingilis dilində məktəbə qoymaz. Belə olsa, uşaq həm ana dilində yüksək orta təhsil alar, paralel məktəbdə digər dilləri də lazımı səviyyədə öyrənər. Biz illərdir ki, məktəblərdə keyfiyyətli təhsili tətbiq edə bilmirik. Ona görə insanlar ​ digər dillərdə təhsilə qaçır. Valideyn fikirləşir ki, eybi yox, təhsil səviyyəsi aşağı da olsa, uşaq​ məktəbdə rus dilini, ingilis dilini biləcək”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili hesab edir ki, əgər ​təhsilin keyfiyyəti yüksəlsə, o zaman onu zorla tənzimləməyə də ehtiyac qalmayacaq:
“Həqiqəq budur ki, bu gun valideynlərin çoxu övladını başqa dillərdə təhsilə yönləndirir. Bu rus dilinə, yaxud ingilis dilinə simpatiya deyil, uşağın gələcəyini düşünməkdir. Valideynlər düşünürlər ki, Azərbaycan məktəbini bitirən uşaq ancaq bizim universitetlərdə oxumalıdır. Azərbaycan təhsili alanlar uzaqbaşı Türkiyəyə gedə bilir. Bütün bunları nəzərdən keçirən valideyn də uşağını başqa dillərdə təhsilə yönəldir. Azərbaycanda təhsilin səviyyəsi artırılmalıdır. Uşaqlara ana dilində yüksək səviyyədə orta təhsil verilməlidir. Əks təqdirdə övladını başqa dillərdə təhsilə yönləndirən valideynlərin sayı artacaq”.