Tribuna İnformasiya Agentliyi

“Amrah Sığorta”nın rəhbərliyində dəyişikliklər olub

01 Noyabr

“Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvləri dəyişib.

“Report” şirkətə istinadən xəbər verir ki, Əmrah Yunis oğlu İldırımzadə və İlqar Yasin oğlu Yusifov DŞ-nı tərk edib.

Onları Ülvi Yunis oğlu İldırımzadə və Şahin İsa oğlu Quliyev əvəz edib.

DŞ-nın sədri isə Yunis Əli oğlu İldırımzadə qalıb.

Xatırladaq ki, “Amrah Sığorta” 1993-cü ildə “Dəniz Biznes” adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Y.İldırımzadəyə (“Amrahbank” ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Ə.İldırımzadəyə (“Amrahbank”ın 0,33%-lik səhmdarı) məxsusdur.