Tribuna İnformasiya Agentliyi

“Amrah Sığorta” 2 ildir ki, mənfəətlə vergisi ödəmir

10 Aprel

“Amrah Sığorta” ASC 2017-ci ili 496 min manat xalis mənfəətlə başa vurub. Tia.az xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 71,3% azdır.   Ötən il “Amrah Sığorta”nın gəlirləri 1 milyon 261 min manat, xərcləri isə 765 min manat təşkil edib. Bu il yanvarın 1-nə “Amrah Sığorta”nın aktivləri 6,735 milyon manat olub ki, bu da illik müqayisədə 4,6% azdır.

2017-ci ildə şirkətin öhdəlikləri 38,3% azalaraq 768 min manata düşüb, balans kapitalı isə 2,6% artaraq 5,967 milyon manata çatıb.

Qeyd edək ki, sığorta şirkəti 2-ci ildir ki, mənfəət vergisi ödəməyib.