“Amrah Bank”ın sahibinin oğlunun həbs müddəti uzadılıbbackend

“Amrah Bank”ın sahibinin oğlunun həbs müddəti uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Məhkəməsində “Amrah Bank”ın Müşahidə Şurasının və “AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

TİA.AZ xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin olunub.

Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir.

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib.

Xatırladaq ki, Ü.İldırımzadə “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğludur. Əmisi Yusif İldırımzadə isə uzun müdət prokuror vəzifəsində çalışıb, hazırda təqaüddədir