Amnistiyanın tətbiqi qaydaları məlum olubbackend

Amnistiyanın tətbiqi qaydaları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amnistiyanın tətbiqi qaydaları məlum olub.

TİA.AZ-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Amnistiya Azərbaycan Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:

Cəzaçəkmə müəssisələri;

İntizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı;

İcra məmurları;

Təhqiqat və ya ibtidai istintaq orqanları;

məhkəmələr;

Bu qərarın 23.1 – 23.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiyanın tətbiq edilməsi barədə qərarların müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.

Təhqiqat və ya ibtidai istintaq orqanları aministya tətbiq edərkən Azərbaycan Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi qaydalarına riayət etməli, o cümlədən Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 41.12-ci maddəsinə müvafiq olaraq barəsində aministya tətbiq olunacaq şəxslərin razılığını almalıdırlar.

Bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 5-ci və 6-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində aministyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.