Amnistiya Aktı şamil olunan 101 nəfər azadlığa buraxıldıbackend

Amnistiya Aktı şamil olunan 101 nəfər azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Amnistiya Aktının imzalandığı günün səhəri, yəni noyabrın 6-da Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb”.
TİA.AZ-ın xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “dəyirmi masa”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub və onlar azadlığa buraxılıblar.