“Amnistiya Aktı ilə 1 921 şəxs azadlığa buraxılıb” – Baş Prokurorluqbackend

“Amnistiya Aktı ilə 1 921 şəxs azadlığa buraxılıb” – Baş Prokurorluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amnistiya Aktı ilə ümumilikdə 1 921 şəxs artıq azadlığa buraxılıb”.

Bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

“Bu rəqəmlər dinamik şəkildə dəyişir. İndiyədək 13 Amnistiya Aktı qəbul edilib. Hazırkı Amnistiya Aktının 16-17 min nəfərə tətbiq edilməsi nəzərdə tutulur. Bu Zəfər amnistiyasının təntənəsindən xəbər verir”, – o vurğulayıb.