Tribuna İnformasiya Agentliyi

“Amnesty International”: Ötən il dünyada 993 nəfər edam edilib

12 Aprel

Qeyri-hökumət təşkilatı “Amnesty International” 2017-ci ildə dünyada 993 nəfərin edam edildiyini bildirib.

“Report” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, təşkilatın məruzəsində qeyd edilən bu rəqəm 2016-cı illə müqayisədə 4 faiz azdır.

2016-cı ildə bu rəqəm 1032 təşkil edib. 2015-ci ildə isə dünyada 1634 insan edam olunub. Bu, 1989-cu ildən sonrakı dövrdə rekord göstəricidir.

Məlumata görə, ötən il edamlar 23 ölkədə icra edilib. Hazırda dünyanın ayrı-ayrı ölkələrində 21919 nəfər edam qərarının icrasını gözləyir.

Edamların yarıdan çox – 51 faizi İranın payına düşür. Siyahıda habelə Səudiyyə Ərəbistanı, İraq və Pakistanın da adları var. Edam cəzalarının 84 faizi bu dörd ölkənin payına düşür.

Təşkilatın məlumatına görə, statistikaya Çində həyata keçirilən minlərlə edam daxil deyil. Bu ölkədə edam cəzası xəbəri dövlət sirri sayılır.