Amir SMA xəstəliyindən sağaldı – Fotobackend

Amir SMA xəstəliyindən sağaldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon 672 min manat ianənin toplanması barədə məlumat vermişdik

Artıq azyaşlı SMA xəstəliyinə qalib gələrək sağlamlığına qovuşub. Ona xəstəliyin müalicəsi üçün qiyməti 2 milyon 200 min dollar olan “Zolgensma” iynəsi vurulub.

Amir ötən gün xeyirxah insanların ianələri əsasında SMA xəstəliyinə qalib gələn digər körpə – 2 yaşlı Adnan Mahmudla görüşüb. Bu barədə A. Tağıyevin instaqram səhifəsində foto paylaşılıb.

Qeyd edək ki, Amirin sağalması üçün ATV-də yayımlanan “Bizimləsən” verilişində tanınmış aparıcı Zaur Baxşəliyevin təşəbbüsü ilə kampaniya başladılmışdı. Yığılan məbləğ Azərbaycan teleməkanında bir insanın sağlamlığına qovuşması üçün toplanan ən böyük ianə hesab olunur.