Amin və Bayram da evə buraxıldıbackend

Amin və Bayram da evə buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əsirlikdən xilas edilən Amin Musayev və Bayram Kərimov evə buraxılıblar.
Bu barədə  onların ailə üzvləri məlumat verib.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsirlikdən azad edilərək Azərbaycana gətiriliblər.

Onlar müvafiq karantin tədbirləri ilə əlaqədar nəzarətə götürülüblər.