Tribuna İnformasiya Agentliyi

Amerikalı pedofil milyonçu ölümündən 2 gün əvvəl vəsiyyət yazıbmış

20 Avqust

Amerikalı maliyyəçi və multi-milyonçu azyaşlı qızlara təcavüz etmək və başqalaırn pulla satmaq ittihamı ilə həbs olunan, qaldığı təcridxanada müəmmalı şəkildə ölən Ceffri Epşteynin intihar etməzdən öncə vəziyyət yazdığı ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına əsasən, keçən həftə təqdim olunan məhkəmə sənədlərində hələ ki miras sahibləri haqqında məlumat verilməyib. Ceffri Epşteynin 56 milyon dollar nağd pul daxil olmaqla 577 milyon dollarlıq aktivi olduğu bilinir.

O, yeni vəsiyyətini bu ilin avqustun 8-də yazıb, cəmi 48 saat sonra isə qaldığı kamerada asılmış vəziyyətdə tapılıb.

Milyonçunun vəziyyəti barədə ilk informasiya onun son günlərini araşdıran “The New York Post” qəzetində çıxıb.

Qeyd olunur ki, prokurorluq ölüm səbəblərindən dolayı C.Epşteynin özü ilə bağlı ittiham aktına xitam verib. Lakin hüquq-mühafizə orqanları onlarla azyaşlı qızla seksual zorakılıq işini davam etdirəcək. Bu məsələdə isə Ceffri Epşteynin “seksual fantaziya dünyasına” qonaq olan bir çox nüfuzlu şəxsin başı ağrıya bilər.