Tribuna İnformasiya Agentliyi

Amerikalı aktyor şahmat tacı uğrunda görüşdə aləmi bir-birinə qatdı

10 Noyabr

Dünya şahmat tacı uğrunda mübarizəyə start verilib.

Oxu.Az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda üçqat dünya çempionu norveçli Maqnus Karlsen öz titulunu qorumaq üçün ABŞ təmsilçisi Fabiano Karuana ilə 12 oyunluq matçlara başlayıb. 6,5 xala ilk çatan şahmatçı qalib olacaq.

Artıq 12 matçdan biri baş tutub. Rəmzi açılışı məşhur amerikalı aktyor Vudi Harelson edib. Lakin o, ağ fiqurlarla oynayan Karuananın sözünə məhəl qoymayaraq vəzirin önündəki piyadanı irəli sürüb. Lakin təşkilatçılar bunu bir səhv kimi qəbul edib və piyadanın geri qaytarılmasına razılıq verib.

Daha sonra Vudi Harelson Fabiano Karuananın şahın önündəki piyadanın e4 gedişi edilməsi xahişini yerinə yetirib. Harelson sonradan zarafat etdiyini bildirib.

Beləliklə, ilk görüş start götürüb və yeddi saat davam edib. İlk görüş 115 gedişdə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, 3,5 həftə davam edəcək bu turnirin mükafat fondu FIDE-yə yeni prezident seçkisindən sonra artırılaraq 1 milyon avro edilib. Qalib 600 min, uduzan şahmatçı isə 400 min avro qazanacaq.