Tribuna İnformasiya Agentliyi

Amerikalı aktyor Con Voyt Trampı “Avraam Linkolndan sonra ən böyük prezident” adlandırıb

28 May

“Oskar” mükafatı laureatı, dörd dəfə “Qızıl qlobus” mükafatına layiq görülmüş, “Namümkün missiya” filminə görə daha da məşhurlaşmış aktyor Con Voyt öz Tvitter səhifəsində prezident Donald Tpampı dəstəkləyən iki videoçarx yerləşdirib. Prezident Tpampı “Avraam Linkolndan sonra ABŞ-ın ən böyük lideri” adlandıran Con Voyt Respublikaçılar partiyasını fəaliyyətdə olan prezidenti dəstəkləməyə çağırıb. Aktyor “solları” tənqid edərək deyib ki, prezident Tramp nə edirsə düz edir, məhz onun sayəsində Amerika daha güclü və daha təhlükəsiz olub, çoxlu iş yerləri yaradılıb.

Voyt Donald Trampın qızğın tərəfdarıdır. O hələ 2016-cı ildə, Trampın seçki kampaniyası dövründə sosial şəbəkələrdə dərc etdiyi videoda ondan “Amerikanı xilas etməyi” xahiş edirdi.