AMEA sovetdən qalma sistem idi, dəyişikliklərə ehtiyac vardı – Şəmil Sadiqbackend

AMEA sovetdən qalma sistem idi, dəyişikliklərə ehtiyac vardı – Şəmil Sadiq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Təhsildə yetərincə problemlər var. Elmin ondan da bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, nazirliyin işinin ciddi şəkildə ağırlaşdığını deyə bilərik”.
Bunu Bakupost.az -a açıqlamasında Hədəf Liseyinin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrində AMEA tipli nəhəng qurum yoxdur:
“AMEA sovet dövründən qalma sistem, böyük bir qurum idi. Artıq yeni dəyişikliklərə ehtiyac vardı. Düşünürəm ki, elmi tədqiqat institutlarının olması çox önəmlidir. “Elm və Təhsil Nazirliyi” ifadəsi isə təsadüfi deyil. Bu bir çox xarici ölkələrin Elm və Təhsil Nazirlikləri bu formatda çalışır. İstənilən halda elm və təhsil ayrıla bilmir. “Təhsil” deyəndə məktəbləri, universitetləri nəzərdə tuturuq. Amma elm hər zaman təhsilin yanındadır. Adətən, elmi tədqiqat işlərini böyük universitetlərin labaratoriyaları, tədqiqat institutları, şöbələri aparır. Yəqin verilən Fərman da buna hesablanıb ki, universitetlərin gələcək fəaliyyətində elmi ağırlıq daha çox inkişaf etsin”.
Ş. Sadiq hesab edir, elmin gəldiyi qənaəti tədrisdə, təhsildə həyata keçirməklə daha tez nəticə əldə etmək mümkündür:
“Əgər struktur doğru işləsə, mahiyyətində də dəyişiklik olsa, faydalı olacaq. Yaradılan agentlik işini ciddi şəkildə görməlidir. Akademiyanın institutlarının müxtəlif qurumlara verilməsi cəmiyyətə və mənim özümə də qaranlıq qalan məsələdir. Çünki strukturun necə formalaşacağı ilə bağlı ciddi izahata ehtiyac var. Ümumiyyətlə, AMEA adında qurum qalırmı? İnstitutlar çıxırsa, AMEA nın fəaliyyəti nədən ibarət olacaq? Ağır prosesdir. Düşünürəm ki, zamanla cəmiyyət üçün də aydınlanar”.
Fəlsəfə doktoru bundan sonra görülməli olan işlərə də diqqət çəkib:
“Kadr islahatı, maliyyə məsələsi, işini bilən elm adamlarına şərait yaradılması ən böyük şərtlərdəndir. Bu da gələcəkdə daha yaxşı nəticələr üçün çox vacibdir. Atılan hər bir addım, verilən qərar yenilikdir, irəliyə doğru dəyişiklikdir”.