Tribuna İnformasiya Agentliyi

AMEA-nın serveri çökdü: Bütün institutların interneti kəsilib

28 Noyabr
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bütün institutlarında və akademiyanın Rəyasət Heyətində internet kəsilib.
Bu barədə demokrat.az-a AMEA-nın məsul əməkdaşlarından məlumat daxil olub.
Məlumata görə, AMEA-da artıq bir neçə gündür ki, internet yoxdur.
Məlumatda deyilir ki, internetin kəsilməsinə səbəb AMEA-nın serverinin çökməsidir.
“Bir neçə gündür ki, AMEA-nın internet serveri istifadə müddəti bitdiyi üçün çöküb. Hazırda AMEA-nın yenidən internetlə təmin edilməsi istiqamətində iş aparılır”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, AMEA-nın internet işini İnformasiya Texnologiyaları İnstitutu təşkil edir.