AMEA-nın keçmiş prezidenti vəfat edibbackend

AMEA-nın keçmiş prezidenti vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) sabiq prezidenti Eldar Salayev vəfat edib.
Bu barədə  AMEA-dan bildirilib.  Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. O 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. Eldar Salayev 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. O 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti olub.
Eldar Salayev 1997-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.
Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvü olub.