AMEA-da ixtisarlar aparılır – İDDİAbackend

AMEA-da ixtisarlar aparılır – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarların aparılması barədə xəbərlər yayılıb.

Oxu.Az-ın məlumatına görə, AMEA institutlarının şöbələrinin hər birindən üçdən artıq elmi işçinin fəaliyyətinə son qoyulub.

İddialara görə, buna səbəb elmi işçilərin iş davamiyyətinin aşağı olmasıdır.

Qeyd edək ki, son zamanlar elmi işçilərin bir qismi AMEA-da iş saatlarının çox olmasından narazılıq edir. Onlar iddia edirlər ki, AMEA-nın kitabxanası əvvəllər bina daxilində olub. Alimlərin kitabxanada keçirdikləri saatlar iş saatı sayılıb.

Mərkəzi Elmi Kitabxananın tikilməsindən sonra alimlər tədqiqat aparmaq üçün oraya getməli olurlar. Binadan çıxanda isə iş saatları azalır. Beləcə, şöbələrdə narazılıqlar meydana çıxır.

Məsələ barədə AMEA-nın Mətbuat və informasiya idarəsindən açıqlama almağa cəhd etsək də, sualımıza cavab verən olmadı.