“Amburan” çimərliyi ilə bağlı araşdırma başladı – VİDEObackend

“Amburan” çimərliyi ilə bağlı araşdırma başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində (“Amburan” çimərliyi – Red) kanalizasiya sularının dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmaya başlayıb.

TİA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.Qeyd edilib ki, Xəzər kompleks ekoloji monitorinq idarəsinin əməkdaşları ərazidə olub, analiz üçün nümunələr götürüb: “Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.Xatırladaq ki, sosial şəbəkələrdə sözügedən ərazidə suyun çirkləndirilməsi ilə bağlı video yayılıb və qeyd edilir ki, ətrafa çox pis qoxu yayılır.