Amaliya Pənahovanın abidəsi 45 min manata başa gələcəkbackend

Amaliya Pənahovanın abidəsi 45 min manata başa gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xalq artisti Amaliya Pənahovanın abidəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” xəbər verir ki, tenderin qalibi “Ferro-20” MMC-dir.

Qalib şirkətə 45,3 min manat ödəniləcək.

Abidəni gibsdən Xalq artisti Natiq Əliyev hazırlayacaq.